"İnter”ə qarşı 10 ildir davam edən hücumlar axır ki, uğurla nəticələndi”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter”inin sabiq prezidenti Georgi Nikolov şəxsi "Facebook" profilində yazıb.
Bolqarıstanlı sabiq funksioner "İnter”in adının "Keşlə” ilə əvəzlənməsinə belə münasibət bildirib: "Heç olmasa, "Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. Keşləlilər rahat nəfəs ala bilərlər. "Aqrarkredit” isə "Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidir”.
Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter”in prezidenti olub.