"Neftçi"nin yeni transferi Elnur Cəfərov Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, gənc hücumçu matçı belə dəyərləndirib...
- Bu, ilk oyunumuz idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Demək olar ki, öz səhvlərimizdən qollar buraxdıq. Belə oyunda uğur qazana bilərdik, amma alınmadı.
- "Neftçi”nin kollektiv kimi tam formalaşmadığı fikri ilə razısan?
- Yaxşı kollektivimiz var. Sadəcə, bunu meydanda göstərə bilmədik. Qarşıdakı oyunlarda nümayiş etdirəcəyimizə inanıram.
- Oyununuz niyə alınmadı?
- "Qarabağ” çox güclüdür. Bunu hamımız bilirik. Amma söhbət təkcə "Qarabağ”dan getmir. Qələbə qazana bilərdik. Hər şey əlimizdə idi, amma öz səhvlərimizdən oyunu əldən verdik.
- Səhvlərin düzəldilməsi üçün nə qədər zamana ehtiyac var?
- Üzərimizdə çalışmalı, səhvlərdən nəticə çıxarmalıyıq. Bunu etsək, gələcək oyunlarda bəhrəsini görəcəyik.
- Sabiq "Xəzər Lənkəran”lı kimi özünüzü "Neftçi”də necə hiss edirsiniz?
- Peşəkar futbolçuyam, işimi görməyə çalışıram. Hansı komandanın olmasının fərqi yoxdur. Komandamın uğur qazanması üçün can-başla çalışıram.
- Azarkeşlərdən hansısa narazılıq eşitmisiniz?
- Sosial şəbəkələrdən xəbərim yoxdur. Kənardan nəsə deyirlər. Futboldan başı çıxmayanlardır.
- Qələbə qazana biləcəyinizi dediniz. Halbuki qola qədər qapıya zərbəniz olmayıb. Bəs nəyə əsasən belə düşünürsüz?
- Öz səhvlərimizdən uduzduq. Həmin səhvləri etməsəydik, qələbə olsa da, ən azı heç-heçə edə bilərdik.
- "Neftçi” bu oyunla medalçılar sırasına düşə biləcəkmi?
- Məqsədimiz budur. Əlimizdən gələni edəcəyik ki, yekunda mükafatçılar sırasına düşək.