"Qarabağ"la Danimarka "Kopenhagen"i arasında keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Mahir Mədətovdur. Mədətov 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub.
Görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.