"Düzdür, qələbə qazanmaqla Çempionlar Liqasının qrup mərhələsinə doğru vacib addım atdıq. Amma hələ tam addım atmamışıq. Qarşıda daha bir 90 dəqiqə var. Qətiyyən rahatlaşmırıq. Çünki rəqib çətin komandadır. İndi Bakı "İnter"i ilə keçirəcəyimiz Azərbaycan Premyer Liqasının II tur matçını düşünürük. "Kopenhagen"lə cavab görüşündən sonra nə isə demək olar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Bakıda Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçından sonra deyib. Milliləşdirilmiş yarımmüdafiəçi bildirib ki, komandasının rəqibdən açıq-aşkar üstün olduğunu demək çətindir: "Çünki hər bir komandanın öz oyun sistemi var. Onlarla bizim oyun sistemimiz fərqlidir. Bu, Çempionlar Liqasıdır. Burada "kiçik komanda" anlayışı yoxdur. Bütün komandalar təhlükəlidirlər".
Almeyda Azərbaycan Premyer Liqası matçları ilə müqayisədə avrokubok qarşılaşmalarında sakit oynaması fikri ilə razılaşmayıb: "Siz belə düşünürsünüz? Oyunlarımı bir az da diqqətlə izləməlisiniz".