Rusiyanın I Divizionunda çıxış edən "Orenburq" klubu baş məşqçi Temuri Ketsbayanı istefaya göndərib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 49 yaşlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Vaxtilə Gürcüstan millisinə rəhbərlik etmiş Ketsbaya "Orenburq"u cəmi 8 oyuna çıxarıb. Bu görüşlərdən sonra komanda 10 xalla 13-cü pillədə qərarlaşıb. Ötən tur Krasnodarda "Kuban"a 1:4 hesablı məğlubiyyətdən sonra azarkeşlər onun istefasını tələb ediblər. Bu görüşdə "Kuban"ın sonuncu qolunu "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qay vurub.
Qeyd edək ki, "Orenburq"un yeni baş məşqçisi Vladimir Fedotov olacaq.