
Danimarkanın "Kopenhagen" klubu Slovakiya "Jilina"sının futbolçusu Denis Vavronu transfer edib. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.
Vavro Yan Qrequşdan sonra paytaxt komandasının ikinci slovakiyalı legioneri olacaq.
"Kopenhagen"lə "Jilina" Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. İlk oyunda səfərdən 3:1 hesablı qələbə ilə qayıdan Danimarka çempionları evdə 1:2 hesabı ilə uduzublar. "Pley-off" mərhələsində isə bu komandanı "Qarabağ" səfər qolu sayəsində üstələyib - 1:0, 1:2. "Jilina"da Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də yer alıb. Lakin hazırda onun klubdan ayrılması gündəmdədir.