
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Çelsi" İngiltərə Premyer Liqasının 4-cü turunda səfərdə "Lester"lə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar" bu oyunda 2:1 hesabı ilə qalib gəliblər. Görüşdə hesabı 41-ci dəqiqədə Alvaro Morata açıb. 50-ci dəqiqədə qonaqların heyətində N'Qolo Kante 2-ci qolu vurub. "Lester" isə Ceymi Vardinin 60-cı dəqiqədə vurduğu penalti ilə hesab arasındakı fərqi azaldıb.
Xatırladaq ki, "Çelsi" sentyabrın 12-də "Stemford Bric" stadionunda "Qarabağ"ı qəbul edəcək.