1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mişi Batşuayi: "Qarabağ"la oyun mənim üçün yeni səhifə oldu"
"Çempionlar Liqasında heç bir oyun asan deyil".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin belçikalı hücumçusu Mişi Batşuayi "Qarabağ"la keçirdikləri oyundan (6:0) sonra klubun rəsmi saytına açıqlamasınnda deyib. 23 yaşlı futbolçu dünən yaxşı oyun keçirdiklərini bildirib: "Çox yaxşı oyun keçirdik. "Qarabağ”la oyun həm Markos Alonso, həm Davide Zappakosta, həm Nqolo Kante, həm də mənim üçün yeni səhifə oldu. Çünki bu, bizim Çempionlar Liqasında ilk matçımız idi. Hər oyun belə oynayıb qələbə qazanmaq istərdik. Qarşıdan "Arsenal"la oyun gəlir və çoxlu məşq edib özümüzü bu oyuna hazırlamalıyıq".
Qeyd edək ki, "Çelsi"nin heyətində Çempionlar Liqasında debüt edən 23 yaşlı hücumçu "Qarabağ"la oyunda 5-ci qolun müəllifi olub.