İngiltərənin "Mançester Yunayted” futbol komandasının baş məşqçisi Joze Mourinyonun adı küçəyə verilib.
2018-ci il dünya çempionatının seçmə qrup matçları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Mourinyo küçənin açılış mərasiminə qatılıb. O, bildirib ki, doğulduğu Setubal şəhəri onun üçün xüsusi əhəmiyyətlidir: "Setubal yeganə şəhərdir ki, özümü özüm kimi hiss edirəm. Mən insanların "Xüsusi” və buna bənzər ləqəbləri unutduğu şəhərə gəlirəm”.