
AFFA Türkiyənin "Trabzonspor” klubunun futbolçusu Tayyip Ebrar Cumurun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib.
Sportnet.az xəbər verir ki, qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report”a açıqlamasında xəbəri təkzib edib. O, sözügedən oyunçunun AFFA-nın maraq dairəsində olmadığını söyləyib: "Məsələ ilə bağlı AFFA-nn Texniki departamenti ilə danışdım. Mənə dedilər ki, Tayyip Ebrar Cumurla bağlı iddia həqiqəti əks etdirmir”.