1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Araz" uddu, "Deva" uduzdu
Azərbaycanın "Araz” futzal komandası UEFA Kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 2-ci oyununu da qələbə ilə başa vurub.
Sportnet.az verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Malta çempionu "Sent Endryus”u 6:4 hesabı ilə məğlub edib. Hər iki hissədə "Araz" geridə olsa da, son dəqiqələrdə təzyiqi artıraraq rəqib qapısından daha 2 top keçirməklə qələbə qazanıb.
VIII qrupda II turun digər görüşündə yerli "Deva”komandası Bosniya və Herseqovina "Mostar”ına 2:3 hesabı ilə uduzub. Bununla da "Araz" 2 turdan sonra 6 xalla vahid liderə çevrilib. "Mostar" və "Deva"nın isə hərəyə 3 xalı var. Oktyabrın 14-də "Deva” ilə keçirəcəyi son tur oyununda "Araz"ı hətta heç-heçə də qane edəcək ki, qrupun qalibi kimi elit-raunda vəsiqə qazansın.
VIII qrup
12 oktyabr, II tur
"Sent Endryus” (Malta) – "Araz” (Azərbaycan) - 4:6
Qollar: Hrvoye Penava 10; 32. Panu Autio 11. Rojerinyo 26 - Maykinyo, 20; 23; 29; 39. Rafael Vilela, 35, Bolinya 39