
"Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bilirdik ki, çətin olacaq"
"Sportnet.az xəbər verir ki, bunu "İnter”in məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Qarabağ”a 0:2 hesablı uduzduqları oyunu şərh edərkən deyib.
Həyat yoldaşının vəfatı ilə əlaqədar oyundan dərhal sonra Gürcüstana yollanan baş məşqçi Zaur Svanadzeni konfransda əvəzləyən gənc mütəxəssis bunları deyib: "Heyətimzidə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər. Bacardıqları qədər mübarizə apardılar”.