1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Təmkin Xəlilzadə daha çox işləməlidir"
Topaz Premyer Liqasının 8-ci turunda evdə "Kəpəz”i 3:0 hesabıyla məğlub edən "Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə matçı dəyərləndirib...
- Millinin oyunu ilə bağlı fasilə yaranmışdı. Çalışdıq, bu fasilədən maksimum istifadə edək. Uşaqlar bu gün istədiyim oyunu nümayiş etdirdilər. "Kəpəz”in müdafiə olunacağını bilirdik. Belə oyunlarda erkən qol vurmaq vacib idi. İlk hissədə fərqlənə bilməsək də, ikinci hissədə erkən qol vurduq. Çətin qarşılaşma oldu. Qələbə qazandığımıza görə sevinirəm.
- Təmkin Xəlizadə ilk hissənin sonlarında zədələndi. Hətta fasiləyə axsayaraq yollandı. Hamımız onun əvəzlənəcəyini gözləsək də, ikinci hissədə meydana çıxıb 2 qol vurdu...
- Təmkin belindən zədə alıb. Ancaq zədəsi oynamayacaq dərəcədə ciddi deyildi. Ondan başqa David Manqa, Yovan Krnetanın da zədəsi var idi. Bu oyunçuların zədəsi daha ciddi olduğundan, risk etməyərək onları əvəzlədim.
- Xəlilzadə artıq millinin əsas üzvlərindən birinə çevrilməkdədir. Oyunçularınızdan başqa kimləri yığmaya namizəd kimi görürsünüz?
- Təmkinin millidə olması məni sevindirir. Ancaq o, öz üzərində çox işləməlidir. Özü ilə söhbət zamanı da çatışmazlıqlarını deyirəm. Ümumiyyətlə, biz daim çalışırıq ki, yerli oyunçulara daha çox şans verək. Başqa oyunçulardan Vüqar Mustafayev, Vüsal İsgəndərli, Adil Nağıyev, Sadiq Quliyev millidə çıxış edə bilərlər. Demirəm mütləq oynamalıdırlar, lakin millidə rəqabəti artıra bilərlər.