1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Oyuna məcburi gətirilən azarkeş və polis
Təbriz QULİYEV
Topaz Premyer Liqasının X turunda çox şey gördük. Hakim səhvləri, stadiona məcburi gətirilənlər, mərhum azarkeşini unutmayan klub və nəhayət, azyaşlı azarkeşə şillə vuran polis...
Hakim səhvləri dünyanın hər bir ölkəsində baş verir. Lakin bu səhvləri analiz etmək, dərs çıxarmaq lazımdır. Məhz yol verilən yanlışlıqlar üzündən hansısa klub xaldan və ya xallardan məhrum olur. Bu turda da hakim səhvləri oldu. Amma hakimlik mövzüsu barədə çox danışmaq istəmirəm. Çünki bu, həmişə müzakirə olunan, amma nəticəsi olmayan məsələdir.
X turdan etibarən çempionatda Bakının "İnter" klubu "Keşlə" adı altında çıxış etməyə başladı. Komandanın yeni adla ilk sınağı uğursuz alındı. "Kəpəz”ə doğma meydanda məğlub olan paytaxt təmsilçisinin matçında süni anşlaq yaşandı. İnsanlar bir sıra dövlət müəsissələrinin və orta məktəblərinin xətti ilə məcburi şəkildə "İnter Arena"ya gətirildilər. Onları bu yolla stadiona gətirmək kluba nə verə bilər? Orada məcbur əyləşən insanlar 90 dəqiqə ərzində futbolu izləmək əvəzinə gileylənəcəklərsə, gəlməsələr ondan yaxşıdır. Bundansa 50 sadiq azarkeşiniz olsun, yetər! Sonrası nəticə olduqca düzələcək. Necə ki, artıq bunu "Neftçi"də görməkdəyik.
"Neftçi" azarkeşlərinin isə problemi başqadır. "Sumqayıt"ı 2:1 hesabı ilə üstələdiyi turda komandanın sadiq fanatları həmişəki kimi stadiondan oyunu izləyib dəstək olurdular. Görüşdən əvvəl klub rəhmətə getmiş azarkeşini unutmadı və onun xatirəsini yad etdi. Kapitan Ruslan Abışov xərçəng xəstəliyindən dünyasını dəyişmiş Müsəllim Haqverdiyevin şəkli olan pankartı azarkeşlərə təqdim etdi. Digər tərəfdə isə azarkeş polis təzyiqinə məruz qaldı. Matçın sonlarında 12-13 yaşlı tərəfdar komanda ilə birgə qələbəni bayram etmək üçün stadiona daxil olmaq istərkən, polislərdən biri ona şillə vurdu.
Azyaşlı uşağın günahı nədir? Sevdiyi kluba azarkeşlik etməkmi?
Azərbaycanda azarkeşlə polis arasında hər zaman problem olub, bu gün də var. Mətbuat da dəfələrlə bu haqda yazıb. Çox təəssüflə qeyd etməliyik ki, azarkeşlər dəfələrlə polislərdən narazılıqlarını bidiriblər. Hansısa asayiş keşikçisi futbolla maraqlanmırsa və həmin oyuna "Keşlə" fanatları kimi məcburi gəlirsə, həmin polislə azarkeş arasında hər zaman problem çıxacaq. Çünki futboldan anlayışı olmayan polis həmişə azarkeşi icazəsiz mitinq iştirakçısı kimi görür.
Ölkəmizdə elə polislər var ki, heç öz vəzifə borclarını bilmirlər. Polisin vəzifəsi stadionda asayişi qorumaqdan ibarətdir. Stadiona gələn azarkeşə şillə vurmaq yox!
Çoxlarımız çempionat oyunlarına azarkeşlərin gəlməməsindən şikayətlənirik. Bugünkü oyunda polisin şillələdiyi azarkeş növbəti oyunda niyə stadiona gəlsin?