Topaz Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ”ın futbolçu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bildirib:
- ÇL-də "Çelsi" ilə oyunöncəsi çempionat matçının burada keçirilməsi bizə yardım olacaq. "Sumqayıt"ı kiçiltmək istəmirəm, hörmətəlayiq komandadır. Biz öz oyunumuzu nümayiş etdirib qalib gəldik.
- Son turlarda "Qarabağ"ın oyunçuları tez-tez qırmızı vərəqələr alırlar. Bu haqda nə deyə bilərsən?
- Buna münasibət bildirməsəm, yaxşı olar.
- "Çelsi" ilə oyun haqda fikirlərini öyrənmək istəyərdik?
- Çalışacağıq ki, layiqli oyun göstərək. Çox çalışmalıyıq.
-BOS-da Premyer Liqa tarixinin ilk oyunu keçirildi və ilk qolu sən vurdun. Tarixə düşmək sənin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Bunun mənim üçün elə bir önəmi yoxdur. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdırdıq.