1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Raca Nainqqolan: "Vəsiqəni "Qarabağ"la oyunadək təmin etməliyik"
"İndi bizim üçün ən əsası Madriddə "Atletiko" ilə keçirəcəyimiz oyundur".
Sportnet.az-ın məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Raca Nailqqolan İspaniya "Atletiko"su ilə keçirəcəkləri Çempionlar Liqasının V tur matçından əvvəl Hollandiyanın "Sporza" nəşrinə açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi sabahkı görüşdə qələbə qazanaraq, 1/8 finala vaxtından əvvəl yüksəlmək istədiklərini bildirib: "Əlbəttə, Çempionlar Liqasında yolumuza davam etmək üçün son turda "Qarabağ"ı yenmək də kifayətdir. Lakin biz istəyimizi mümkün qədər tez həyata keçirmək və qrup mərhələsini lider kimi başa vurmaq niyyətindəyik".
Qeyd edək ki, noyabrın 22-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək "Atletiko" - "Roma" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Turun digər oyunu Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" klubu arasında keçiriləcək. Çempionlar Liqasının C qrupunda 4 turdan sonra "Roma" 8 xalla birinci, "Çelsi" 7 xalla ikinci, "Atletiko" 3 xalla üçüncü, "Qarabağ" isə 2 xalla dördüncü pillədə qərarlaşıb.