1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi" oyunu ilə bağlı azarkeşlərə müraciət edib
Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ” və İngiltərənin "Çelsi” komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, BOS-un rəsmi "facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.
Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.
Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.
Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.