1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rizvan Fərzəliyev: "¼ finala yüksəlmək üçün mübarizə aparacağıq"
"Noyabrın 28-dən milli komanda təlim-məşq toplanışına başlayıb. Həmin gün iki, qalan günlərdə bir dəfə olmaqla məşqlər keçirik. Əsasən taktiki planda çalışırıq.
Sportnet.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyev Bakı İdman Sarayında baş tutan brifinqdə deyib:
"Sabah gecə saatlarında İrana yola düşəcəyik. Təşkilatçı ölkə ilə bərabər, güclü Rusiya və Qazaxıstanla oyunlar keçirəcəyik. Bu yarış bizim üçün çox vacibdir. Çünki bir aydan sonra Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Həmin yarışöncəsi bu turnir sonuncu sınağımızdır. Çalışacağıq ki, layiqli oyun göstərib yüksək nəticə ilə qayıdaq və Avropa çempionatına hazırlığımızı major notlarda davam etdirək. Qitə birinciliyində böyük yarışların daimi favoritlərindən hesab edilən İspaniya və Fransa kimi maraqlı komanda ilə qarşılaşacağıq. Əlbəttə, ən azı ¼ finala yüksəlmək üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, millimiz dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək "4 Top Nations” beynəlxal turnirində iştirak edəcək.