1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" son oyunda məğlub oldu - YENİLƏNDİ
"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib. Sportnet.az-ın İtaliya paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, rəqib "Roma" komandası olub.
"Olimpiko" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə Dieqo Perotti vurub. Bu qələbə sayəsində "Roma" xallarını 11-ə çatdıraraq, qrup lideri kimi Çempionlar Liqasında 1/8 finala yüksəlib. İtaliya təmsilçisi ilə eyni xala malik, lakin şəxsi oyunlarda uduzan İngiltərənin "Çelsi" klubu isə eyni vəsiqəni qrup ikincisi kimi əldə edib. 7 xalı olan İspaniya "Atletiko"su 3-cü yeri tutduğu üçün mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. Hələ ötən turdan qrupda qalacağı dəqiqləşən "Qarabağ" isə C qrupunda 2 xalla kifayətlənib.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov "Roma" ilə görüşdə start heyətdə ilk dəfə Əfran İsmayılovun xidmətindən yararlanıb. Üstəlik, Rəşad Sadıqov və Pedro Enrike cəza, Bədavi Hüseynov və Ansi Aqolli zədə üzündən "Qarabağ"a kömək edə bilməyib.
Çempionlar Liqası
VI tur, C qrupu
5 dekabr
23:45. "Roma” (İtaliya) – "Qarabağ” (Azərbaycan) 1:0
Qol: Dieqo Perotti, 53
Baş hakim: Tobias Ştiler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Xal durumu: "Çelsi” – 10, "Roma” – 8, "Atletiko” – 6, "Qarabağ” – 0.