1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Eusebio di Françesko: "Bakıdakı kimi, yenə "Qarabağ”ı məğlub etməliyik"
"Roma"nın baş məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.
- Perotti və Nainqqolanın son durumları necədir?
- Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.
- Digər matçda "Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi?
- Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. "Qarabağ"ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.
- "Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər?
- Onlar çox yaxşı komandadır. "Qarabağ” Madriddəki görüşdə "Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, "Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ” deyil.
- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?
- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə "Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?
- "Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.