Bu gün Olimpik Starda İkinci Liqanın IX turunun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, maraqlı oyunlardan biri "İçəri Şəhər” və VİP komandaları arasında baş tutub. Fasiləyə qədər cəmi 1 top fərqi ilə üstünlük qazanan VİP ikinci hissədə daha çox qol vurub.
İlk "3-lük”dəki yerini qorumağa çalışan "Bədr Xocalı” bu dəfə "Gənclik” İK-ya rəhm etməyib. Bu turda iki komanda mövsümlə ilk xalını qazanıb. İndiyə qədər məğlubiyyətləri sadalayan "Advokat” və "Baker Hughes” öz aralarındakı dueli "sülh”lə yekunlaşdırıb. Nəticədə xal qrafasındakı sıfırı birlə əvəzləyiblər. Bununla da çempionatda xal qazanmayan komanda qalmadı. "Atletiko Baku” isə "Dalğa” ilə oyuna gəlməyib. Bu matçla bağlı İntizam Komitəsi qərar verəcək.
Nəticələri diqqətinizə çatdırırıq:
"Baku Fire-2” - "Metropoliten” 12:2
"Avanqard” - "Ulduz” 10:4
"İçəri Şəhər” - VİP FK 2:6
"Bədr Xocalı” - "Gənclik” İK 10:0
"Advokat” - "Baker Hughes” 4:4
"Rezident.az” - "Hövsan” 3:9
"Təbriz” – "Obolon” 1:5
Yer Komanda O Q H M VQ BQ Xal
1 Obolon 9 8 1 0 51 11 25
2 VİP FK 9 8 0 1 51 17 24
3 Bədr Xocalı 9 7 0 2 60 23 21
4 Baku Fire-2 9 6 1 2 48 16 19
5 İçəri Şəhər 9 5 1 3 49 40 16
6 Atletiko Baku 8 5 1 3 34 22 16
7 Rezident.az 9 5 0 4 48 41 15
8 Avanqard 9 5 2 2 58 20 17
9 Təbriz 9 4 2 3 53 37 14
10 Hövsan 9 4 2 3 40 44 14
11 Dalğa 8 2 3 3 27 25 9
12 Ulduz 9 2 1 6 40 59 7
13 Gənclik 9 2 0 7 30 64 6
14 Metropoliten 9 0 1 8 27 72 1
15 Baker Hughes 9 0 1 8 19 60 1
16
Advokat 9 0 1 8 13 82 1