1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azarkeşlər bizə niyə inanmırlar?" - MÜSAHİBƏ
Avropa çempionatının final mərhələsində iştirak edən futzal üzrə Azərbaycan millisinin futzalçısı Eduardo Borges Fransa üzərində 5:3 hesablı qələbə qazandıqları matçdan sonra milli federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Fransa üzərindəki qələbəni necə şərh edərdin?
- Qələbəni çətinliklə qazandıq. Avropa çempionatında siz asan oyun gözləməyin. Bu gün işimizi yüksək səviyyədə görməyə çalışdıq və bunun öhdəsindən gəldik.
- Oyunda bir dəfə hesabda geri düşdünüz. Bir anlıq da olsa, oyunu uduzmaq haqda düşündünmü?
- Xeyr, çox sakit idik. Çünki birinci hissədə bir neçə epizodda qol vurmaq imkanımız oldu. Deməli, həmin epizodları ikinci hissədə də yaradacaqdıq. Fransa ikinci qolu vurduqdan sonra dedik ki, sakit olaq, futzalda bu adi, hər saniyə dəyişəcək hesabdır. Sonra müdafiədə düzgün oynadıq, hücumda isə lazım olan qolları vurduq.
- Fransa-İspaniya oyunundan sonra xüsusilə də azarkeşlər komandadan narahat idi. Hətta qələbə qazanacağınıza inam bir qədər azalmışdı...
- Azarkeşlər bizə niyə inanmırlar? Bu dəfə yaxşı oynadıq, lazım olan nəticəni qazandıq. Azərbaycan dəfələrlə böyük yarışlarda iştirak edib. Hər dəfə nigaranlıq, narahatlıq olur. Halbuki biz dünya çempionatında heç kimin gözləmədiyi halda ¼ finala qədər irəlilədik. Niyə? Çünki komandamızda xarakter, oyun intizamı var. Vacib olan yekun nəticədir ki, biz də bunu reallaşdırmaqla ¼ finala vəsiqəni təmin etdik.
- Bəs İspaniya ilə qrup liderliyi uğrunda keçiriləcək oyun haqda nə deyə bilrsən?
- Oynamaq lazımdır. Fransaya qarşı necə oynadıq, birləşdiksə, bu dəfə də onu etməliyik. İstək, atmosfer eynidir. Əsas odur ki, zədə almayaq və gücümüzü bir qədər qoruyaq. Çünki bizi ¼ finalda daha çətin oyun gözləyəcək.