İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted" doğma azarkeşlər önündə "Haddersfild"lə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada ilk qol 55-ci dəqiqədə vurulub. Romelu Lukaku hesabı açıb. 68-ci dəqiqədə meydan sahibləri penalti vurmaq hüququ qazanıb.
Komandanın yeni transferi Aleksis Sançesin zərbəsini rəqib qapıçı Löss dəf etsə də çilili forvard ikinci cəhddə istəyinə çatıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 56-a çatdıran "Mançester Yunayted" ikinci pillədəki yerini qorudu. "Haddersfild" isə 24 xalla 19-cu pillədə qaldı.