
Türkiyənin "Fənərbağça" klubunun qapıçısı Volkan Demirel Superliqanın son turunda "Genclerbirliyi" ilə matçda komanda yoldaşını söyüb.
Sportnet.az-ın Türkiyə mətbuatına istinadən veridiyi məlumata görə, o, avtoqol müəllifi olan Nabil Dirara pis ifadələr səsləndirib. Qolkiper mərakeşli futbolçuya "Mal...ya" söyləyib.
Qeyd edək ki, "Fənərbağça" - "Gənclərbirliyi" matçı 2:2 hesabı ilə başa çatıb.