
İtaliya A Seriasının 23-cü turunda "Yuventus" doğma meydanda "Sassuolo"nı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Turin klubu rəqini darmağın edib. "Yuventus" "Sassuolo"nun qapısından 7 cavabsız top keçirib. Görüşdə hesab 9-cu dəqiqədə açılıb. Aleks Sandro fərqlənib. 24-cü dəqiqədə Sami Xedira fərqi iki topa çatdırıb.
O, 27-ci dəqiqədə özünün ikinci komandasının 3-cü qolunu vurub. Matçın 38-ci dəqiqəsində Mirelem Piyanic fərqi 4 topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıbş. Qonzalo İquan isə 63, 74 və 83-cü dəqiqələrdə fərqlənməklə darmadağında pay sahibi olub.