1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mövsümdə ilk dəfə
Topaz Premyer Liqasının XV turunda keçirilən 4 oyundan üçü heç-heçə nəticələnib.
Sportnet.az-ın məlumatına görə, "Zirə” – "Sumqayıt” və "Keşlə” – "Səbail” matçlarında komandalar hərəyə 1 top vurubsa, "Qarabağ” – "Qəbələ” görüşü qolsuz başa çatıb. Eyni turda 3 heç-heçənin qeydə alınmasına cari mövsümdə ilk dəfə təsadüf olunur. İlk yarının 14 turunda belə sülhsevərlik qeydə alınmayıb.
3 və ya daha çox oyunun bərabərliklə nəticələndiyi son tur 2016/2017 mövsümündə yaşanıb. 2016-cı il oktyabrın 23 - 25-də baş tutan IX turun 4 qarşılaşmasından 1-də qonaqlar qələbə qazanıbsa, 3-də heç-heçə qeydə alınıb. Növbəti sülhsevər tur 16 aydan sonraya təsadüf edib.
Qeyd edək ki, XV turda yalnız "Neftçi” – "Kəpəz” matçında qalib müəyyənləşib. Bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.