Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq olan "Yuventus", rəqibin hücumçusu Harri Keyni transfer etmək üçün astronomik təklif göndərəcək.
Sportnet.az-ın "Don Balon"a istinadən verdiyi məumata görə, İspaniyanın "Real Madrid" klubunun da heyətinə qatmaq istədiyi futbolçu üçün "Yuventus" da şansını sınayacaq.
Son İtaliya çempionu Keynə görə 250 milyon avro ödəməyə hazırdır. Turin təmsilçisi Harri Keyni Paulo Dibalanın əvəzləyicisi kimi görür.