"Neftçi"ni klubu ciddi itki ilə üzləşib. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Topaz Premyer Liqasının 15-ci turununda "Kepəz"i 1:0 hesabı ilə yendikləri matçda Məhəmməd Mirzəbəyovun burnu sınıb.
28 yaşlı müdafiəçi oyundan dərhal sonra əməliyyat olunub. Mirzəbəyov 1 ay komandasına kömək edə bilməyəcək. O, 2 həftə sonra məşqlərə qatıla bilər.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov matçın 74-cü dəqiqəsində "Kəpəz"in üzvü Dieqo Souza ilə toqquşub. Müdafiəçinin yerinə isə İlkin Qırtımov meydana daxil olub.