1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
Topaz Premyer Liqasının XVI turunda "Qəbələ"nin "Zirə”ni 2:1 hesabı ilə yendiyi qarşılaşma bəzi statistik məqamlarla əlamətdar olub.
Sportnet.az-ın "qırmızı-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, Qəbələ şəhər stadionundakı qarşılaşma Filip Ozobiç üçün komandada 60-cı oyun olub. Xorvatiyalı yarımmüdafiəçi çempionatda 35, Avropa Liqasında 18, Azərbaycan Kubokunda 7 matça çıxıb. Azərbaycanda 2-ci mövsümünü keçirən Ozobiç "qırmızı-qara” formada 60 və daha artıq oyunda iştirak etmiş 28-ci futbolçudur.
Baqali Dabo isə "Qəbələ”nin heyətində 22-ci qolunu vurub. O, klub tarixinin 4-cü bombardiridir. Fransalı hücumçu Viktor Mendi (33), Dodo (30) və Ozobiçdən (23) geri qalır.
Premyer Liqada 17-ci dəfə fərqlənən Dabo Yannik Kamananı (16) arxada qoyub. Çempionatda 3-cü göstəriciyə malik 30 yaşlı forvard yalnız Mendi (29) və Dododan (23) geri qalır.
"Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. 6 çempionat və 3 kubok görüşünü əhatə edən seriya müddətində 8 qələbəsi olan əyalət komandası 1 heç-heçə edib. Ev matçlarında isə "qırmızı-qaralar” 4 çempionat və 2 kubok oyunu olmaqla, ardıcıl 6 qələbə qazanıb.