
Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Zirə” – "Səbail” qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə 1:1 yekunlaşan oyun haqda fikirlərini bildirib.
- Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yaryarlanmağa çalışacağıq.
- Azarkeşlər istefanızı tələb edirdilər. Buna münasibətiniz?
- Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq.
- Futbolçularınız çoxsaylı qol epizodlarını boşa verdi. Bəlkə onları istefaya göndərmək lazımdı?
- Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçlrsaq da, sonradan toparlana bilmişik.
- Uzun müddət qalib gəlməyəndə, komanda barəsində "bir qələbə lazımdı” deyimi işlənir.
- Razıyam, müəyyən gərginlik var və 1 qələbəyə ehtiyacımız var.
- Urdinovun oyunu barədə fikriniz?
- Onun oyunundan razı qaldım.
- Fasilə zamanı 1 yoxlama oyunu ilə kifayətlənəcəksiniz?
- Bəli, yalnız "Səbail”lə yoxlama görüşü bizim üçün yetərli olacaq.