
Hollandiyanın "Ayaks" klubunun ev oyunlarını keçirdiyi "Amsterdam Arena"nın adı dəyişdirilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, arenaya əfsanəvi futbolçu Yohan Kroyfun adı verillib. "Yohan Kroyf Arena"nın yeni loqosu mərhum baş məşqçinin doğum günündə - aprelin 25-də təqdim olunacaq.
Qeyd edək ki, Yohan Kroyf 2016-cı ildə martın 24-də vəfat edib.