Portuqaliyanın "Sportinq" klubunun prezidenti Bruno de Karvalyu 19 futbolçunu heyətdən kənarlaşdırıb.
Sportnet.az "Marca”ya istinadən xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında İspaniya təmsilçisi "Atletiko”ya 0:2 hesabı ilə uduzan komandanın bəzi futbolçularının klub rəhbərinin kəskin tənqidi ilə razılaşmamalarıdır.
Qeyd edək ki, "Sportinq” və "Atletiko” arasında cavab matçı aprelin 12-də keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    


























































