"Qarabağ”ın futbolçusu Yakub Jezniçakla həyat yoldaşı Edita Jazak arasında problem yaranıb.
Sportnet.az gwiazdy.wp.pl xəbər verir ki, 32 yaşlı polşalı müdafiəçi 2016-cı ildə ailə qurduğu model xanımı ilə boşanmaq ərəfəsindədir: "2017-ci ilin sonundan etibarən onların münasibətində problem yaranıb. Görünür, bu, onların bir-birlərindən uzaqda olması və ya başqa amillərlə bağlıdır. Onların boşanacağına dair şaiyələr dolaşır”.
Saytın yazdığına görə, ailənin yaxın dostlarından biri boşanma xəbərini təkzib edib. O, bidirib ki, Editya hazırda Kuba ilə birgə Bakıdadır və münasibətlərində heç bir problem yoxdur.
Qeyd edək ki, Jezniçak yay fasiləsində Polşanın "Legia” klubundan "Qarabağ”a keçib və iki illik müqavilə bağlayıb.