1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Roma" "Qarabağ" pikini aşa bilmədi
Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya "Barselona"sını üstələdikdən sonra İtaliyanın "Roma" klubunun səhmlərinin dəyəri 19,8% artıb.
Sportnet.az məlumatına görə, artım Roma Fond Birjasında qeydə alınıb. Klubun səhmləri martın 13-də "sarı-qırmızılar"ın Ukrayna "Şaxtyor"unu 1/8 final mərhələsinin cavab görüşündə üstələdiyi vaxt 0,6 avroya satılıb. Lakin 1/4 finalda "Barselona" ilə üz-üzə gələcəyi müəyyənləşdikdən sonra "canavarlar"ın səhmlərinin dəyəri 4% enib. O vaxtdan eniş 12,5 faizədək davam edib. Lakin "Barsa" üzərində 3:0 hesablı qələbədən bir neçə saat sonra səhmlərin dəyəri artıb və biri 0,49 avroya satılıb.
Lakin pik hədd "Roma"nın qrup mərhələsinin son turunda evdə "Qarabağ"ı 1:0 hesabı ilə yenərək, 1/8 finala vəsiqə qazandığı 2017-ci il dekabrın 5-nə təsadüf edib. Həmin vaxt klubun bir səhmi 0,89 avroya satılıb. Lakin eyforiya çəkildikdən sonra səhmin dəyəri 0,64 avro olub.
"Roma"nın səhmlərinin dəyəri təkcə idman nəticələri ilə bağlı artmayıb. Ötən ilin aprelində Ramon Monçinin İspaniya "Sevilya"sından idman direktoru vəzifəsinə gətirilməsindən sonra səhmlərin dəyəri bir həftə ərzində 16,7 faiz artıb. Monçi naməlum və ucuz istedadları tapıb üzə çıxarmaq bacarığına malik ən yaxşı idman direktorlarından sayılır.
Qeyd edək ki, "Roma" 1/4 finala yüksəldiyi üçün 7,5 milyon avroya sahib olub. Bu mövsüm klubun Çempionlar Liqasından qazancı isə 40 milyon avroya çatıb.