1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FIFA reytinqi: Millimiz irəlilədi
FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisə 1 pillə irəliləyib. Ötən ay Bakıda Belarus yığmasına 1 cavabsız qolla uduzan, Antalyada Makedoniya kollektivi ilə 1:1 hesabı ilə heç-heçə edən milli hazırda 245 xala 126-cı pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında Azərbaycanla ilə eyni qrupda yer alan Farer adaları yığması 3 pillə yüksəlib. Hazırda bu komanda 364 xalla 94-cüdür.
Qrupda ən böyük sıçrayışa 164 xalla 152-ci olan Kosovo imza atıb. Balkan təmsilçisi 24 pillə qabağa gedib. Malta isə 62 xalla 185-ci sırada qalıb.
Yeni reytinqdə ən böyük sırayışa mayın 29-da Azərbaycan millisi ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq matçı keçirəcək Qırğızıstan yığması nail olub. 40 pillə yüksələn asiyalılar 424 xalla 75-ci yerdədirlər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin iyunun 9-da Riqada qarşılaşacağı Latviya yığması isə 8 pillə geriləyib. Bu yığma 217 xalla 139-cu sıradadır.
Reytinqdə ilk "üçlük”də dəyişiklik olub. Almaniya 1533 xalla 1-ci, Braziliya isə 1384 xalla 2-ci sırada qaldığı halda, Portuqaliya 3-cü pillədəki yerini Belçikaya verib. "Qırmızı şeytanlar"ın hesabında 1346 xal var. Türkiyənin mövqeyində də dəyişiklik baş verib. Bir pillə irəliləyərək 37-ci yerdə qərarlaşan "ay-ulduzlular” 714 xala malikdirlər.