Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)
Finalda nominal ev sahibi "Bavariya" - "Real Madrid" cütünün qalibi olacaq.
Qeyd edək ki, ilk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.
-------------------------
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Püşk nəticəsində Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul", İspaniyanın "Real Madrid" və İtaliyanın "Roma" komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.
Eyni zamanda, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.
Püşkü çəkməyə Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko kömək edəcək.
İlk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.
Qeyd edək ki, bu, Çempionlar Liqasında 2017-2018 mövsümünün son püşkatma mərasimi olacaq.