"Mançester Siti" klubu vaxtından əvvəl İngiltərə çempionu olub.
Sportnet.az xəbər verir ki, "şəhərlilər" Premyer Liqada sona 5 tur qalmış qalib adını qazanıblar. Bu, ikinci pillədəki "Mançester Yunayted"in XXXIV turda evdə "Vest Bromviç"ə 0:1 hesablı məğlubiyyətindən sonra rəsmiləşib. Yeganə qolu 73-cü dəqiqədə Cey Rodriges vurub.
Bununla da 74 xala malik "Mançester Yunayted" turnir cədvəlində birinci yerə yüksəlmək şanslarını itirib və özündən 13 xal irəlidəki "Mançester Siti"nin çempionluğuna mane ola bilməyib.
Qeyd edək ki, bu, "Mançester Siti"nin 5-ci çempionluğudur.