1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Nadirov: "Əsas məqsədimiz "Qəbələ"dən xal almaq idi"
"Bu oyunda qələbə də qazana bilərdik. Təcrübə və ehtiyatsızlıq komandaya biraz mane oldu. "Qəbələ" ilə matçda qalib gəlməliydik. 1:1 hesablı heç-heçə etdik. Bu da yaxşıdır. Əsas məqsədimiz "Qəbələ"dən xal almaq idi. Sevirəm ki, bu xalı da aldıq.
Bunu "Səbail"in futbolçusu Vüqar Nadirov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra Sportnet.az-a açıqlamasında deyib.
Nadirov oyunun hər iki hissəsini dəyərləndirib: "Birinci hissədə normal oynadıq. İkinci hissədə isə 20-25 dəqiqə "Qəbələ" bizi sıxdı. Bunu başa düşmək olar. Məcbur qalıb müdafiəyə çəkildik. Əsas odur ki, xal qazandıq".
31 yaşlı hücumçu bildirib ki, hələ bu qarşılaşmadan öncə yaxşı nəticə əldə edəcəklərinə inanıblar: "Qəbələ" ilə matç hər bir komanda üçün çətin olur. Biz də xallar qazanmaq istəyirik. Hər bir komanda ilə oyuna ilk növbədə, 3 xal üçün çıxırıq. Sonra isə meydanı xalsız tərk etməməyi planlaşdırırıq. Bu görüşdə də çalışdıq ki, rəqibdən xal alaq. Bura o ümidlə gəlmişdik".
Təcrübəli forvard sonda "Səbail"in çempionatdakı hədəflərindən danışıb: "Əsas hədəfimiz odur ki, çempionatda yerimizi tutaq. "Keşlə" və "Kəpəz" komandalarından öndə olmaq istəyirik. Nə qədər xal toplasaq, komandaya xeyirdir".