AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Binə" klubunu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna XXIII turun "Şüvəlan”la qarşılaşmasından sonra klub rəsmiləri Rəhman Cəfərov, Süphan Əliyev və Сavid Tanrıverdiyev meydana daxil olaraq hakimlər briqadasını təhqir etmələri səbəb olub. Onlar hərəyə 5 oyunluq diskvalifikasiyaya, klub isə 1200 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, FİFA referisi Ömər Paşayevin idarə etdiyi görüş "Şüvəlan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.