1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni baş məşqçiyə xoruz atılmasına görə cəza
Rusiya I Divizionunun XXXIII turunda "Fakel"lə səfər oyununda "Luç-Energiya"nın baş məşqçisi Aleksandr Qriqoryana diri xoruzun atılması məsələsinə baxılıb. Sportnet.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Luç-Energiya"nı 50 min rubl cərimələyib.
Bundan başqa Vladivostok komandası bir ev oyununu azarkeşsiz keçirmə şərti cəzasına məruz qalıb. Komitənin sədri Artur Qriqoryants erməni həmyerlisinin şərəf və ləyaqətinin təhqiredici ifadələrlə aşağılandığını, habelə, ictimai asayişin pozulduğunu bildirib.
Qeyd edək ki, xoruzu atan azarkeş onu 500 rubla aldığını və stadion stüardlarını aldadaraq, tribunaya keçirdiklərini bildirib. Fanat meydana atdığı ev quşuna görə 500 rubl cərimə və stadiona giriş qadağası ilə üzləşdiyini söyləyib. Lakin o, əməlindən peşman olmadığını əlavə edib.