1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Qriqorçukla bağlı qərarı klubun prezidenti verəcək" - MÜSAHİBƏ
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi”ni səfərdə 3:1 hesablı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanan "Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov brifinq keçirib.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qəbələ” evdə keçirdiyi ilk matçda 1:2 hesabı ilə uduzsa da, cavab görüşündə dönüş etməyi bacardı. Belə olacağını gözləyirdiniz?
- İlk matçda gərginlik olduğu üçün oyunumuz alınmadı. Futbolçularımız cavab qarşılaşmasında bir qədər "boşalmışdılar”, tam sərbəst idilər. Bu gün açılışdılar, daha sərbəst oynadılar.
- "Neftçi” hesabı açandan sonra da finala yüksələcəyinizə inam vardı?
- Belə proqnoz vermək istəmirəm, amma çox rahat idim. "Qəbələ”nin elə-belə təsil olmayacağını bilirdim.
- "Qəbələ” bu cür həlledici oyunlarda qalib gəlməyi bacaran komandadır. Amma çempionatda bunun əskini görürük. Bu nə ilə bağlıdır?
- Komandada nə baş verirsə, hamısını analiz edirik. "Qəbələ”də ciddi bir problem yoxdur. Analizlər aparırıq, səhvlərimizi görürük, bilirik. Çempionluq əldən getdi. Çalışacağıq ki, kubokda qalib gələk.
- "Qəbələ”də artıq 3 aydır maaşların verilmədiyi, futbolçuların bu səbəbdən son matçlarda zəif oynadıqları söylənilir. Bu nə dərəcədə doğrudur?
- Tam yanlış məlumatdır, belə bir şey ola bilməz. Gecikmələr hər yerdə olduğu kimi bizdə də olur. Amma daha 3 – 4 ay çəkmir. Gecikmələrin olması normaldır.
- Azərbaycan Kubokunun finalının Qəbələdə keçirilməsi sizin üçün bir üstünlük olacaq?
- Əslində, finalın Qəbələdə keçirilməsini istəmirdim. Çünki finala çıxacağımıza inanırdım. Xahiş edəcəyəm ki, mümkündürsə, finalın keçiriləcəyi yeri dəyişsinlər. Lakin sözsüz ki, evimizdə oynamaq bizim üçün əlavə motivasiyadır.
- Ancaq finalın mayın 28-də Qəbələdə keçirilməsinə öncədən qərar verilib...
- Mənim həmin vaxtda etirazımı bildirdim. Lakin bildirdilər ki, başqa yerdə keçirilməsi mümkün deyil.
- Bugünkü qələbə "Qəbələ”nin çempionatdakı çıxışına müsbət təsir edəcək?
- Bunlar fərqli turnirlərdir. Çox təsiri olacağına inanmıram.
- Finaldakı rəqibiniz "Keşlə” haqda nə deyə bilərsiniz?
- Yeni baş məşqçi Yuri Maksimovun komandanın əvvəlki oyun tərzini bərpa etdiyini bilirik. Çox yaxşı komandadır.
- Çoxları "Qəbələ”ni favorit sayır...
- Mən belə deməzdim. Yenə də deyirəm, çempionatla kubok fərqlidir.
- Roman Qriqorçukun aqibəti necə olacaq? Mövsüm başa çatdıqdansa sonra gedir, yoxsa qalacaq?
- Hələ bu barədə heç nə danışmamışıq. Mövsüm bitəndən sonra söhbət edəcəyik.
- Onun gələcək aqibəti kubokdakı nəticədən asılı idi?
- Xeyr, belə bir şey yoxdur. Bir turnirə görə qərar verilmir.
- Latviya Futbol Federasiyasının baş katibi bildirib ki, Qriqorçuk onlara "Qəbələ”də qalacağını söyləyib...
- Bu barədə danışmamışıq. Baş məşqçi ilə bağlı qərarı mən yox, klubun prezidenti verir. Klubun strategiyasını prezident müəyyənləşdirir.