1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ölkə çempionu iki il sonra I Liqada
2018/2019 mövsümündə Fransa I Liqasında çıxış edəcək ilk klub müəyyənləşib.
"Report"un məlumatına görə, Fransa II Liqasının 34-cü turunda doğma meydanda "Ayaçço"nu 1:0 hesabı ilə məğlub edən "Reyms" klubu növbəti mövsümdən etibarən əsas çempionatda iştirak edəcək.
Xallarının sayını 78-ə çatdıran komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla yanaşı, ən azı ikinci yeri təmin edib.
Qeyd edək ki, "Reyms" 2015/2016 mövsümünün sonunda Fransa II Liqasına enib. Komanda 6 dəfə Fransa çempionu olub.