1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Maksimov: "Emosiyaların məsələyə nə aidiyyatı?!" - MÜSAHİBƏ
"Keşlə" klubunun baş məşqçisi Yuri Maksimov "Komanda1" nəşrinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandanız Azərbaycan Kubokunun finalına yüksəldi. Əsas gücünüzü bu yarışa qoymuşdunuz?
- Bəli. Çünki ölkə çempionatında mükafat qazanma və avrokuboklara vəsiqə şanslarımızı artıq itirmişik. Bu səbəbdən, Azərbaycan Kubokuna ciddi köklənmişdik. "Sumqayıt"la qarşılaşmalarımız ağır alındı. Fikrimcə, hər iki komanda eyni səviyyəlidir. Sadəcə, rəqibin üstünlüyü kollektivin daha çox birgə oynaması və çoxdan belə heyətlə çıxış etməsində idi. Bizim isə faktiki olaraq, yeni komandamız var. Cəmi iki ay əvvəl yığılmışıq. Əlbəttə, təlim-məşq toplanışları yaxşıdır. Lakin heç olmasa, 10 rəsmi matç keçirmək lazımdır ki, futbolçuların səviyyələrini və qarşıya qoyulan məqsədlərə dair qərar verərkən, onlardan nəyi gözləməyin gərəkliyini bilək. Bununla belə, futbolçularıma "afərin" deyir və onları finala yüksəlmələri münasibətilə təbrik edirəm.
- Sumqayıtdakı cavab görüşü sizin iştirakınızla qalmaqallı epizodsuz da keçinmədi. Emosiyalarınıza hakim ola bilmədiniz?
- Emosiyaların məsələyə nə aidiyyatı?! Hər şey gözlərim qarşısında, düz dayandığım meydanın kənarında baş verdi. Görünürdü ki, rəqib komandanın oyunçusu (Bəxtiyar Həsənalızadə - red.) belə sürüşmə fəndini qəsdən etdi. O, futbolçumuzun (Sezar Meza Kolli - red.) ayağını qıra bilərdi. Gözlərim qarşısında oyunçumun ayağına vurdu. Özüm futbol oynamasaydım, nədənsə danışmaq olardı. Lakin bu, bilərəkdən kobudluq idi.
- Finaldakı rəqibiniz "Qəbələ" haqda nə deyə bilərsiniz?
- Bu, kubok oyunudur. Finalda əsl döyüş olacaq. Fikrimcə, "Qəbələ" favoritdir. Bizim komandanın şanslarını 30-un 70-ə qiymətləndirirəm. Bundan başqa, hələ əvvəlcədən final oyununun Qəbələdə keçiriləcəyi məlum idi. Bu səbəbdən, Roman Qriqorçukun komandasının əlavə üstünlüyü olacaq. Lakin final bir oyundan ibarətdir və biz kuboku qazanmaq üçün maksimum güc sərf edəcəyik.
- Roman Qriqorçukla Azərbaycanda yollarınız artıq kəsişib?
- Bəli. Onunla normal münasibətdəyik. Hərçənd, mətbuatda münasibətlərimizi başqa cür etməyə çalışırlar. Əslində isə aramızda heç bir problem yoxdur. Onunla yollarımız təkcə burada yox, əvvəllər digər komandalara rəhbərlik etdiyimiz vaxt da kəsişib. Təkrar edirəm: Hər şey normaldır. Baxmayaraq ki, kimsə hər şeyi başqa cür qələmə vermək istəyir.
- Bir neçə aylıq fəaliyyətinizdən sonra özlüyünüzdə Azərbaycan çempionatı barədə fikir formalaşdıra bilmisiniz?
- Artıq dəqiq deyə bilərəm ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Komandalar xallar uğrunda mübarizə aparır, əla və kombinasiyalı oyun sərgiləməyə çalışırlar. Əmin oldum ki, Azərbaycan çempionatında adi oyunlar yoxdur.