"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qarabağ"la oyundan sonra hakimlər briqadası ilə münaqişəyə girib.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadasından kəskin narazılığını bildirib. Onun polislər çətinliklə aralayıblar.
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Ağdam komandası ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğunu rəsmiləşdirib.