Futzak üzrə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində son oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Araz” Birinci Liqa təmsilçisi "Yasamal-2” ilə qarşılaşıb. Oyun aşağı dəstə təmsilçisinin 8:7 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinalda "Yasamal-2” "Uğur”la, "Marafon Futsal” isə "Hell Energy” ilə qarşılaşacaq.
"Araz” - "Yasamal-2” (3:4) 7:8
7 may. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov
Qollar: R. Tolouei, 2:18, O. Rüstəmli, 3:15, A. İsmayılov, 18:58, 32:18, E. Borges, 24:39, 38:49, A. Məmmədov, 34:49 // H. Camalzadə, 5:30, 6:57, R. Hüseynov, 10:02, A. İsayev, 11:35, 35:00, O. Allahverdiyev, 26:21, B. Baxışov, 31:32, V. Rəcəbov, 35:27
Sarı vərəqə: H. Camalzadə, 4:13
"Araz"
19. Anar Məmmədov (q), 4. Kardosa Everton Qalo, 2. Adil İsmayılov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges (k), 5. İsa Atayev, 7. Ramiz Çovdarov
Məşqçi: Ağakərim Həsənov
"Yasamal-2”
88. Ceyhun Nağıyev (q), 9. Rüfət Hüseynov (k), 7. Vüqar Rəcəbov, 10. Bəxtiyar Baxışov, 11. Həbib Amanov, 14. Anar İsayev, 4. Hassan Mirzəye, 12. Həsən Camalzadə, 23. Orxan Allahverdiyev
Rəhbər: Orxan Allahverdiyev