1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bir il də gözləyə bilərdilər"
"Hər zaman olduğu kimi, çətin oyun keçdi. "Zirə" Avropa Liqasına düşmək uğrunda mübarizə aparır. Futbolçularımda əzmkarlıq hiss etdim. Rəqib 10 nəfərlə qalanda biz istədiyimizi edə bilmədik. Ümumilikdə "Kəpəz" zəif təsir bağışlamadı. 8 futbolçumuz zədə ucbatından meydana çıxa bilmədi".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Rəqib 10 nəfərlə qalmasına baxmayaraq, fiziki cəhətdən "Kəpəz"i üstələdi və daha istəkli görünürdü...
- Onların motivasiyası daha güclü idi. Çünki Avroliqa uğrunda yarışırlar. AFFA İcraiyyə Komitəsinin qərarından sonra futbolçuları oyuna kökləmək çox çətin idi. Sağ olsunlar ki, hələ belə oyun nümayiş etdirdilər. Əlimizə düşən bütün fürsətlərdən yararlana bilmədik.
- Əvəzetmələrinizi buraxdığınız qollardan sonra həyata keçirdiniz. Bu, nə ilə bağlı idi?
- Ehtiyatda cəmi 3 futbolçumuz var idi. Şəhriyar Əliyev meydana zədəli-zədəli çıxmışdı. Ayağına iynə vurdular, elə oynadı. İstədiyimiz heyət yox idi. Qola qədər də əvəzetmə etmək istəmirdim.
- Tural Cəlilovun adı iştirak ərizəsində yer alsa da, oyunu tribunadan izləyirdi...
- Zədəsi var idi, son anda heyətdən çıxardıq.
- "Kəpəz"in gələcək taleyi necə olacaq: Komanda I Divizionda çıxış edərsə, qalmağı düşünürsünüz?
- Hazırda Gəncədə xeyli iş gedir. Sizi "Neftçi" ilə oyuna dəvət edirəm. Gəlin, baxın. Ehtiyat meydança salınır, baza təmir olunur. Görülən işlərin müqabilində çox istərdik ki, Premyer Liqada qalaq. Ümumiyyətlə, regionlarda futbol olmalıdır. Futbolçu azarkeş üçün oynayır. Meydanda tərəfdar olmayanda futbolçu özündə məsuliyyət hiss etmir. Aşağı dəstədə mübarizə aparıb-aparmayacağımız məlum deyil.
- "Kəpəz" I Divizionda çıxış etməyi özünə sığışdırmır?
- Yox, belə deməzdim. Bu, I Diviziona hörmətsizlik olar. Sadəcə, Gəncədə bu qədər işlər görülür, köklü bir komandadan söhbət gedir. Neçə illər idi ki, aşağı dəstədən Premyer Liqaya komanda gəlmirdi, 1 il də gözləyə bilərdilər.