Futzal üzrə ölkə çempionatında növbəti mövsümə yekun vurulub.
Sportnet.az xatırladır ki, "Araz" 13-cü çempionluğunu qeyd edib. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkənin ən güclüsü olub. Söhbət "Avtomobilçi” və "Turan AİR”dən gedir. İlk çempion isə "Nicat” olub. "Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı "Khazar Islands” qırıb.
MÖVSÜM ÇEMPİON
1993 "Nicat” (Bakı)
1994/95 "Azadə”
1995/96 "Avtomobilçi”
1996/97 "Avtomobilçi”
1997/98 "Avtomobilçi”
1998/99 "Azərneftyanacağ”
1999/00 "Azərneftyanacağ”
2000/01 "Turan AIR”
2001/02 "Turan AIR”
2002/03 "Tribut”
2003/04 "Turan AIR”
2004/05 "Araz”
2005/06 "Araz”
2006/07 "Araz”
2007/08 "Araz”
2008/09 "Araz”
2009/10 "Araz”
2010/11 "Araz”
2011/12 "Araz”
2012/13 "Araz”
2013/14 "Araz”
2014/15 "Khazar Islands”
2015/16 "Araz”
2016/17 "Araz”
2017/18 "Araz”
Qeyd edək ki, bu, sayca 25-ci ölkə çempionatıdı. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq: