1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Məmmədovdan üçüncü qayıdış
"Qəbələ"dən ayrılan Elvin Məmmədovun karyerasında üçüncü dəfə "Keşlə" klubunda çıxış edə bilər.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə danışıqlar aparır. Hətta onunla böyük ölçüdə razılığa gəlindiyi bildirilir. Əvəzində Məmmədovun Premyer Liqanın debütantı "Sabah"ın təklifindən imtina etdiyi deyilir.
Təcrübəli oyunçu Sportnet.az-a açıqlamasında "Keşlə"dən təklif aldığını təsdiqləyib. O, "Sabah" və "Sumqayıt" variantlarının olduğunu da bildirib. Yarımmüdafiəçi yekun qərarı bir həftə ərzində verəcəyini əlavə edib.
Qeyd edək ki, Elvin Məmmədov 2008-2009 və 2014-2015 mövsümlərində də "Keşlə"də çıxış edib. "Turan" klubunun yetirməsi "Qarabağ", "Bakı" və "Zirə"də də forma geyinib.