1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan "Qalatasaray"a ağır cəza
UEFA Türkiyənin "Qalatasaray" klubunun cəzasını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Avropa ali futbol qurumu "Cim-Bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib.
Qərara əsasən, bunun 6 milyonu avrosu nağd, qalan 9 milyon avrosu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə, ödəniləcək.
Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan, futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.
Eyni zamanda "aslanlar" 2018-2019 mövsümündə 20 milyon avro, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır.