1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Ən vacib qələbələri ilk oyunu evdə keçirəndə qazanmışıq"
"Avrokuboklarda ən vacib qələbələrimizi komandam ilk oyununu evdə keçirdiyi mərhələlərdə qazanmışıq".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda Qazaxıstanın "Astana" komandasına rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis bildirib ki, Monteneqro "Sutyeska"sı ilə Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk qarşılaşmanı harada oynamalarının fərqi yoxdur.
Qeyd edək ki, Roman Qriqorçukun dövründə "Qəbələ" Avropa Liqasında ardıcıl iki mövsüm qrup mərhələsinə vəsiqəni "pley-off"un cavab görüşlərindəki əlverişli nəticələri sayəsində əldə edib. 2015-2016 mövsümündə "qırmızı-qaralar" Yunanıstan "Panatinaikos"unu (ilk görüşdə Bakıda 0:0, cavab oyununda Afinada 2:2), 2016-2017 mövsümündə isə Sloveniya "Maribor"unu (ilk görüşdə evdə 3:1, cavab oyununda səfərdə 1:0) üstələdikdən sonra qrup mərhələsinə yüksəliblər.